ISSN: 2663-0419 (electonic version)

ISSN: 2218-8754 (print version)

DƏNİZDƏ NEFT DAĞILMALARININ BAŞVERMƏ SƏBƏBLƏRİ, AMİLLƏRİ VƏ TƏSİRLƏRİ

by Cavadov N., Süleymanov T.

Dənizdə neftin və qazın çıxarılması, istehsalı, nəqli proseslərinin iqtisadi göstəricilərinə ən çox təsir edən amillər qəzalar zamanı karbohidrogenlərin suyun səthinə dağılmasıdır. Qəza halları normal iş rejimini pozur, istismar çətinlikləri, yanğın-partlayış təhlükəsi yaratmaqla maddi itkilərə və ətraf mühitə xeyli ziyan vurulmasına səbəb olur.. Bu zaman ətraf mühitə dəyən ziyan, itki və iş rejimlərinin bərpası, qəza hallarının operativ olaraq təyini və aradan qaldırılmasından çox asılı olur [2].

Neft və qazın çıxarılması zamanı istismar quyuları və magistral kəmərlərdə baş verən və nəzarətdə saxlanılmayan neft dağılmalarının nəticələri çoxsaylı və uzunmüddətli ziyanlarla səbəb  olduğu üçün çox ciddi qəza kateqoriyalarına aid edilir.
Məlumdur ki, mövcud standartlara görə karbohidrogenlərin çıxarılması və nəqlə hazırlanmasının texnoloji avadanlıqları (quyuağzı avadanlıq,, manifold sistemləri, boru kəmərləri, separatorlar, nasoslar, neft çənləri və s..) normal istismar zamanı  texnoloji proseslərin tam hermetikliyini təmin edir. Potensial sızma halları isə əsasən boru kəmərləri, birləşmələr, siyirtmələr, həmçinin kiçikölçülü qəza dəliklərində baş verir. 
Xəzər  dənizi akvatoriyasında lokal dinamik neft sızma mənbələri: Dənizdə yerləşən neft-qaz quyuları və onların atqı xətləri, neft yığma məntəqələri (NYM) və 
terminallar, neft ixracı və nəqli, boru kəmərləri, fontan quyularında baş verən sızmalar, kompressor qurğuları, neft yığım çənləri, neft daşıyan gəmilərdə dağımalar lokal çirklənməyə səbəb olur [1].
SOCAR-ın dənizdə yerləşən NQÇİ-nin istehsalat obyektlərində texnoloji proseslərdən asılı olaraq neft dağılmalarının baş verməsinə səbəb olan amillər bunlardır: 
•    Neft yığım çənlərinin hermetikliyinin pozulması; 
•    Avadanlıqların işinin texnoloji rejiminin pozulması; 
•    Seperatorların, atqı xətləri və boru kəmərlərinin zədələnməsi;
•    Estakadaların, estakadayanı dəniz özüllərinin, çənlərin daxili və xarici divarlarının korroziyaya uğraması; 
•    Köməkçi avadanlıqların işinin dayanması; 
•    NQÇİ-nin dəniz obyektlərində işləyən şəxsi heyyət tərəfindən edilən səhvlər və  səhlənkarlıq, texniki istismar qaydalarının tələblərinə riayət olunmaması;
•    Neftdaşıyan gəmilərin, tankerlərin qəzaya uğraması və ya batması; 
•    Neft-qazın çıxarılması, nəqli və daşınması zamanı baş verən partlayışlar. 
Neft boru-kəmərlərində neft dağılmalarının və qəzaların əsas səbəbləri: 
•    İstismar vaxtı boru kəmərlərinin divarlarının korroziyası; 
•    Boru kəmərlərinin, bağlayıcı siyirtmələrin, vintillərin, vantuzun, manometr ventilinin qol borularının korroziyası; 
•    İnsan fəaliyyəti nəticəsində istismar zamanı boru kəmərlərinin, bağlayıcı siyirtmələrin, vantuzun, mexaniki zədələnmələri; 
•    Boru kəmərlərində texniki təhlükəsizlik qaydalarına əməl olunmaması, izolyasiya sisteminin pozulmaları;  
•    Normal iş rejiminin pozulması, səxsi heyyətin (personalın) yorğunluğu. 
 Neft dağılmalarına qarş cavab tədbirlərini Azərbaycan Respublikası Fovqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzi hazırlayır. Fovqəladə Hallar Nazirliyi - Səlahiyyətli Milli Orqan olub neft dağılmaları barədə məlumat bir necə mənbədən ala bilir. Belə məlumatlar FHN-nin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinə (XHQX) gondərilir. Neft dağılması barədə xəbərdarlığı qəbul edən XHQX-nin novbə rəisi hesabat verir. Hesabatda dağılma barədə mumkun qədər cox məlumat toplayır və Neft Dağılmalarının Hesabat Formasını doldurur [3].
Xəbərdarlığı qəbul edən şəxs  əldə olunan məlumata aşağıdakıları əlavə edir: 
1.    Dənizdə dağılma yerinin koordinatları; 
2.    Dağılmanın baş vermə və  qeydə alınma tarixi;
3.    Dağılmanın növü  
4.    Meft çirklənməsinin təxmini həcmi; 
5.    Dağılmanın mənbəyi; 
6.    Sahədəki hava, dəniz şəraiti; 
7.    İndiyə qədər baş vermiş hadisələr və fəaliyyətlər; 
8.    Məlumat verənin adı,vəzifəsi, telefon nomrəsi və s.;
9.    Dağılmanın ilkin qiymətləndirilmə. 
Əgər əldə olunmuş məlumat neft dağılmalarına qarşı cavab tədbirləri təşkilatının səfərbərliyi ucun kifayət etmirsə “novbə rəhbəri” mumkun qədər tez hesabat vermir və dağılma barədə faktiki məlumatları toplamaq üçün mümkün vasitələrə cəhd göstərir [3].
Mümkün vasitələrə aşağıdakılar aid ola bilər: 
Neft dağılmış sahəyə muşahidəcilər gondərilir, əraziyə nəzarət ucun helikopter və ya gəmilərdən istifadə olunur dağılmaya cavabdeh olan şəxslə və digər uyğun muşahidəçilərlə əlaqə yaradır. FHN-nin Xəzər Hövzə Qəza-xilasetmə Xidməti (XHQX) məlumatları qiymətləndirərək aşağıdakı tədbirləri həyata kecirir: [3].
    Milli cavab tədbirləri, 
    Şirkətin cavab tədbirləri, 
    Birləşdirilmiş cavab tədbirləri fəaliyyətləri. 
Əgər yuxarıdakı birinci imkan istisna edilə bilməzsə neft dağılmalarına qarşı cavab tədbirləri təşkilatının səfərbərlik prosesi dərhal işə salınmalıdır.
Neft dağılmalarının xəbərdarlığı və ləğvi Planının tələbləri: Aparılan əməliyyatların mahiyyəti- neftin kəşfiyyatı, çıxarılması, istehsalı, yüklənməsi, boşaldılması, nəqli və daşınmasında istismar olunan bütün qurğular neft dağılması riski ilə üz-üzədir, buna görə də neft dağılmaları ilə mübarizə üçün müvafiq Tədbirlər Planı hazırlanmalı, SOCAR, FHN və ETSN  ilə razılaşdırıldıqdan sonar  müəssisə rəhbərləri  tərəfindən təsdiq edilməlidir. Həmin planlar NDXLP-nin tələblərinə uyğunlaşdırılmalıdır. Plan fövqəladə vəziyyətlərə hazırlıq, xəbərdarlıq və cavab tədbirləri yanaşmasına əsaslanır. Neft sahəsində işləyən bütün qurğuların operatorları cavab tədbirlərinin planlaşdırılmasında daxili potensial və müqavilə əsasında yardım  bacarıqlarını nümayiş etdirməlidirlər. Neftin saxlanması və daşınmasında istifadə edilən çənlərin və digər qurğuların operatorları hər əməliyyat üçün neft dağılmalarına qarşı Fərdi Hazırlıq Planı hazırlayır, təsdiq etdirir, təlim-məşqlər keçirir  və saxlayır. 
Gəmilər üçün: Azərbaycan Respublikasının bayrağı altında üzən ümumi tonnajı   150-400   tondan   artıq   olan   neft   tankerləri və bütün gəmilər, o cümlədən stasionar və üzən platformalar və üzən hasilat, saxlama,boşaltma qurğuları, MARPOL 73/78 Konvensiyasının 1-ci Əlavəsinin 37-ci Qaydasına və OPRC 1990 Konvensiyasının 3-cü maddəsinə əsasən Beynəlxalq Dəniz Təşkilatının (BDT) rəhbər sənədinə uyğun müvafiq qaydada hazırlanmış və Dövlət Dəniz Administrasiyası tərəfindən təsdiq edilmiş “Neftlə çirklənməyə qarşı gəmi fövqəladə mübarizə planı”na (NÇQGFMP) malik olmalı, onu təsdiq etməli və saxlamalıdır. 
Limanlar üçün: Beynəlxalq Göstəriş sənədinə və cari Plana uyğun yaradılmış, tətbiq edilmiş, saxlanılmış və Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş Neft Dağılmalarına qarşı Hazırlıq Planı olmalıdır [3].
Dəniz neft və qaz boru kəmərləri üçün: Azərbaycan Respublikasının yurisdiksiyasına daxil olan, qəbul olunmuş beynəlxalq rəhbər sənədinə və  cari Plana 
uyğun yaradılmış, tətbiq edilmiş, saxlanılmış və Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş Fövqəladə Tədbirlər Planı olmalıdır.  
Neft Dağılmalarının Xəbərdarlığı və Ləğvi Planı FHN-ə üç nüsxədə (iki kağız və bir elektron nüsxədə) təqdim edilir. Bir kağız və bir elektron nüsxə FHN-də saxlanılır. NDXLP-ı karbohidrogenlərin hasilatı, nəqli, emalı və saxlanması əməliyyatlarına başlamazdan üç ay əvvəl aidiyyəti qurumlardan rəylərin alınması və təsdiq edilməsi üçün təqdim edilir.  Şirkətlərə planları FHN-ə təqdim etməzdən əvvəl müvafiq dövlət orqanları ilə məsləhətləşmələrin aparılması tövsiyə olunur. 
Plan  hər 5 ildən bir təkrar təsdiq edilmək üçün yenidən nəzərdən keçirilir və müəssisə daxilindəki əməliyyatlarda və ya struktur dəyişiklikləri zamanı təsdiq üçün yenidən FHN-nə təqdim edilməlidir.
Bütün Planlar FHN tərəfindən yaradılmış rəhbər sənədlərinə uyğun və beynəlxalq rəhbər sənədlər nəzərə alınmaqla hazırlanmalıdır. 
Neft dağılmaları riskləri 
Qəza halları texniki nasazlıq, insan xətası nəticəsində və ya təbiət hadisələri (seysmik və vulkan hadisəsi) nəticəsində meydana çıxır. Dənizdə baş verən müxtəlif növ neft dağılmaların mümkünlüyü, təsirləri  və müdaxiləsinə qarşı  cavab tədbiri nəzərdən keçirilir. Müxtəlif növ neft dağılmaları  üçün ayrı-ayrı yanaşmalar qəbul edilmişdir. 
1. Xam neftin dağılması ġirkət  üçün uzunmüddətli çirkləndiricidir. 2. Suda dağılan reagentlər, kimyəvi maddələr suda batacaq, dispersiya olunacağı halda  təsiri azaltma tədbirlərində əsas diqqət dağılmanın qarşısının alınmasına yönəldilməlidir [1].
Neft dağılmalarının təsnifatı. Neft dağılmaları müxtəlif istismar və idarə olunma amillərdən asılı olaraq  üç səviyyədə təsnifatlaşdırılır [4].
Birinci səviyyəli neft dağılmaları istehsalat obyektlərində əməliyyatların aparılması qaydalarının pozulması nəticəsində baş verən kiçik həcmli dağılmalardır. Birinci səviyyəli dağılma, əməliyyat prosesində qaydalara riayət edilmədikdə 
həmin   obyektin   ətrafında  ətraf  mühitə az təsir göstərə bilən cüzi miqdarda neftin dağılmasıdır. Bu dağılmanın aradan qaldırılması üçün NQÇİ-nin daxili resurslarından istifadə edilir. Neft dağılması baş verən zaman kənardan əlavə qüvvə  cəlb edilmədən həmin struktur bölmə tərəfindən hadisənin nəticələri ləğv edilir. Birinci səviyyəli neft dağılmalarının aradan qaldırılmasına aidiyyəti struktur bölmələrin Fövqəladə Hallar Komissiyaları rəhbərlik edir. 
İkinci səviyyəli neft dağılmaları nisbətən iri həcmli dağılmalar olub birinci səviyyənin imkanları xaricində planlaşdırma tələb edən hadisələrdir. Belə dağılma mənbələrinə aşağıdakılar aid edilir: - paylayıcı sistemlərdən və ya neft saxlanan çəndən dağılmalar; - neft boru xətlərindən dağılmalar; - konservasiya edilmiş və istismardan çıxarılmış quyulardan dağılmalar; - dənizdə quyularda qazma zamanı və ya quyunun sınağı zamanı nəzarətin müvəqqəti itirilməsi nəticəsində baş verən dağılmalar. 
İkinci səviyyəli neft dağılmaları zamanı dağılmanın məhdudlaşdırılması və neftin  yığılması üçün cavabdeh tərəfin resursları ilə yanaşı, xüsusi  xidmət  göstərən 
müəssisənin resurslarından da istifadə olunmalıdır. Yardım üçün cəlb olunmuş təşkilatların bu sahədə təcrübəsi, aydın müəyyən olunmuş rol və öhdəliklərinin olması çox vacibdir. İkinci səviyyəli neft dağılmalarının ləğv edilməsi üçün SOCAR-ın digər müəssisələrinin resursları və texniki personalı da cəlb oluna bilər. Neft dağılması ekoloji həssas zonada və ona yaxın rayonda baş verdikdə dağılmanın nəticələrinin aradan qaldırılmasını sürətləndirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin xidmətindən istifadə olunur. 
Üçüncü səviyyəli neft dağılmaları iri həcmli və davamlı dağılmalar olub dənizdə  neft-qaz quyularında baş verən partlayışlar nəticəsində quyuların uzun muddətli nəzarətdən cıxması, gəmilərdə baş verən partlayışlar nəticəsində dağılmalar, dənizdə yuksək təzyiqli neft boru kəmərlərində baş verən və uzun muddətli nəzarətdən cıxan dağılmalar. 
Üçüncü səviyyəli neft dağılmalarının ləğv edilməsi üçün beynəlxalq resursları, materialları və vasitələri cəlb etməklə təxirəsalınmaz fəaliyyət həyata kecirilməlidir. Belə dağılmalar qısa muddət ərzində geniş arealı əhatə edir və dəniz muhitə boyuk mənfi təsir göstərə bilir. Bu səviyyədə dağılmalara qarşı cavab tədbirlərinə Milli Təşkilatın mənbələrindən və regional və ya beynəlxalq qurumlarla əməkdaşlıq cərcivəsində muxtəlif quvvələrin yardımından da istifadə oluna bilər. Üçüncü səviyyəli neft dağılmalarının ləğv edilməsi üçün FHN tərəfindən xususi razılaşdırmalar əsasında Xəzəryanı olkələr, hətta bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlar da cəlb oluna bilər. Neft dağılmalarının ləğv olunması həcmindən asılı olmayaraq, Xəzər dənizinin Azərbaycan sektorundan və Xəzəryanı ölkələrdən daxil olan neft dağılmaları birbaşa Azərbaycan Respublikası Fovqəladə Hallar Nazirliyinin rəhbərliyi altında Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti tərəfindən həyata keçirilir. [4].
Dənizdə neft dağılmalarının ləğvi ucun strategiya bunlardır:
Bir cox hallarda dağılmış neft sahil zonası üçün təhlükə yaradaraq ekoloji böhran   vəziyyətinin   yaranmasına   gətirib   çıxara   bilər. Suda   baş   vermiş   neft dağılmalarına cavab tədbirlərinin əsas məqsədi dağılmış neftin sahil xətlərinə yaxınlaşmasının qarşısını almaqdır. Şirkət tərəfindən istifadə oluna biləcək mümkün  strategiyalar bunlardır: Mexaniki toplama və bərpa, kimyəvi dispersiya, yerində yandırma, yoxlama və qiymətləndirmə, sahil zonasının qorunması. 
Nəticə. SOCAR-ın Xəzər dənizdə yerləşən NQÇİ-nin istehsalat obyektlərində texnoloji proseslərdən asılı olaraq neft dağılmalarının baş verməsinə səbəb olan amillər, gəmilər, limanlar, neft boru-kəmərlərində neft dağılmalarının və qəzaların əsas səbəbləri,  dənizdə neft dağılmalarının xəbərdarlığı və ləğvi Planının hazırlanması və tələbləri, neft dağılmalarının təsnifatı, neft dağılmaları riskləri, onların sosial-iqtisadi təsirləri araşdırılmışdır.
 

Keywords

dənizdə neft və neft məhsulları dağılmalarının lokallaşdırılması, MARPOL 73/78, FHN-nin Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti, Beynəlxalq Dəniz Təşkilatı (BDT), Neft Dağılmalarının Xəbərdarlığı və Ləğvi Planı (NDXLP-ı), separatorlar, terminallar, neft yığma məntəqələri (NYM), terminallar, neft ixracı, nəqli, boru kəmərləri.

References

1.    A.B.Mirzəyev, F.B.Şıxəliyev. “Abşeron yarımadası və Xəzər dənnizinin Azərbaycan sektorunda yerləşən neft mədən ərazilərinin ekoloji problemləri və onların aradan qaldırılması yolları”. Bakı, “ELM”. - 2012. - 368 s.
2.    H.Q.İsmayılova,Z.İ.Fərzalızadə.”Neft dağılmaları və ekoloji risklərin qiymətləndirilməsi”  Azərbaycan Neft Təsərrüfatı jurnalı 02.2020-ci il
3.    Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış  “Azərbaycan Respublikasının Dənizdə Neft Dağılmalarının Xəbərdarlığı və Ləğvi Milli Planı”nın layihəsi. 3 sentyabr 2014-cü il.
4.     Beynəlxalq Dəniz Təşkilatının Neft Çirklənmələri ilə əlaqədar Əl Kitabçası. VI bölmə. 1973-cü il tarixli Beynəlxalq Konvensiyaya AR-nın qoşulması haqqında Milli Məclisin qərarı,  18 iyun 2004-cü il, №150.
5.    www. Socar.az 
6.     www.fhn.gov.az 
7.    www.eco.gov.az 

DOI: 10.33677/ggianas20210100050