Haqqımızda
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Elmi Xəbərləri elmi texniki jurnalı yarandığı 2021-ci ildən, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində elmi-texniki tərəqqinin və mühəndislik fəaliyyətinin inkişafına kömək edir, alimlərin peşə birliyini dəstəkləyir, tədqiqat işlərinin, layihələrin və proqramların həyata keçirilməsinə yardım göstərir.
Jurnalda yerli və xarici müəlliflərin məqalələrindən ibarət olan Həyat fəaliyyətinin təhküləsizliyi və Yanğin təhlükəsizliyi sahələri üzrə nəzəri problemlərinə həsr olunmuş yeni araşdırmalar yer alıb.
Ölkə və eləcə də, beynəlxalq elmi, texnoloji və innovasiya istiqamətlərindəki nəşirlər jurnalda öz işıq üzü görür. Əlbəttə, böyük diqqət yerli elm, texnologiya və innovasiya potensialının inkişafına yönəldilib.
Jurnal azərbaycan, ingilis və rus dillərində nəşr olunur.